Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.