ABŞ-ın Kaliforniya əyalətində yerləşən Beriessa gölü görənlərin təəccübünə səbəb olur.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, gölün ortasında yerləşən çuxur olduqca müəmmalı görünüşə malik olduğu üçün görən hər kəsi heyrətə salır.
Haqqında başqa bir dünyaya keçid olduğu kimi iddialar çıxan bu çuxur əslində göl suyunun balansını tənzimləmək məqsədilə açılıb.
521 milyard ton su tutan göl güclü yağışlar zamanı məcrasını aşır və ətrafdakı ərazilərə zərər verir. Həmin çuxur isə bu zərərin qarşısını almaq üçün inşa edilib. Suyun miqdarı çoxaldıqca artıq su birbaşa olaraq çuxura dolur və bu yolla gölün digər tərəfində açılan çaya axıdılır.
Su axan zaman illuziya sənətinin bir nümunəsi təəssüratını yaradan çuxur qeyri-adi mənzərəyə səbəb olur.