Qadin.NET / EHTİYATLI OLUN: 3 milyard istifadəçinin hesabı sındırıldı

EHTİYATLI OLUN: 3 milyard istifadəçinin hesabı sındırıldı

EHTİYATLI OLUN: 3 milyard istifadəçinin hesabı sındırıldı


İnternet şirkəti Yahoo 3 milyard istifadəçisinin hesablarının hakerlər tərəfindən ələ keçirildiyi xəbərdarlığını edib.

ABŞ-ın telekomnikasiya şirkəti Verizona satıldıqdan sonra bu firmanın bir parçası olan "Oath"-ın nəzdində olan Yahoo 2013-cü ilin avqustunda kiber hücum zamanı 3 milyard hesabının hamısının oğurlandığı bildirilib.

Hakerlər kredit kartı və bank hesabları haqda məlumatları ələ keçirə bilməyiblər.

"Oath"ın internet portalından edilən açıqlamada 2016-cı ilin dekabr ayında Yahoo-nun təxminən 1 milyard istifadəçisinin hesabının da haker hücumuna məruz qaldığı xatırladılaraq, yeni araşdırmanın nəticəsi sonrası məlum olub ki, bu hücum bütün hesablara edilib.

4 oktyabr 2017
GO BACK