Qadin.NET / Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq

Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq

Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq


Böyük Britaniyadan olan alimlər gələcəyin - 2040-cı ilin mətbəxinin layihəsini hazırlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onların hesablamalarına görə, mətbəxdə ev sahibini və ailə üzvlərini yadda saxlayacaq xüsusi sensorlar quraşdırılacaq.

Sensorlar həm də ev sakinlərinin hər birinin hansı əhval-ruhiyyədə olmasını avtomatik təyin edəcək, lazım gələrsə, mətbəxin işıqlandırma səviyyəsini dəyişəcək. Mətbəxdəki soyuducu isə ərzaq məhsullarının çeşidi barədə məlumat verərək, hətta müxtəlif reseptlər də təklif edəcək.

Yeməklərin böyük hissəsi avtomatik rejimdə hazırlanacaq.

4 oktyabr 2017
GO BACK