"Arıqlamaq asan olmadı. Çox çətindi. Bir bilsəniz, nə çəkirəm indi".
30 yaşlı Jaklin Adan arıqlayıb. Özü də çox. Daha doğrusu, tam 158,7 kq.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 226,7 kq çəkidə olmuş qadanı vücudunu, yaşamını dəyişmək qərarına gələndə asan olmadı.
San-Mateo şəhərində yaşayan bloqerin dediyinə görə, indi çimərliyə gedəndə utanır.
"Çünki bədənim izafi çəkidən qurtulduğu üçün dərim sallanır. Ayaqlarım isə nisbətən az arıqlayıb. Bu səbəbdən də çimərlikdə və ya hovuzda çimərlik geyimində olanda mənə gülürlər. Hətta ələ salanlar da tapılır", - Jaklin Adan deyib.
Jaklin indi yaşamını əks etdirən fotoları İnstagram-dakı profilində paylaşır.
Lakin hər şeyə rəğmən, Jaklin peşman deyil.
"Artıq hər şey geridə qalıb. Hə, sallaq dərim hələ çoxdur, plastik cərrahiyyə əməliyyatına ehtiyacım var, ayaqlarımın da formasının düzəlməsi üçün bir qədər də arıqlamalıyam. Üstəlik, çimərliyə də gedə bilmirəm. Amma qərarlıyam. Başqalarının yaşamıma müdaxiləsinə imkan verən deyiləm", - J.Adan deyib.