"Kurtlar Vadisi" serialında canlandırdığı Polad Alemdar obrazı ilə yaddaşlara həkk olunan aktyor Necati Şaşmazın qazandığı pulları hara xərcləyəcəyi məlum olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Kiprdə beşulduzlu otel tikdirmək qərarına gəlib. Necatinin bu fikrə hələ keçmiş turizm naziri Ünal Üstelin dövründən düşdüyü və o vaxtdan ərazi axtardığı deyilib.
Belə ki, Şaşmaz yaxın dostu Ütsellə birlikdə bu plan üzərində işləyibmiş.