Film tarixinin şahı hesab edilən ''Titanik'' filminin ən yaşlı qəhrəmanını - Roza rolunun qocalığını canlandıran aktrisa Qloriya Stüartı hamımız yaxşı xatırlayırıq.
Ömrünün 70 ilini kino sahəsinə həsr edən bu gözəl qadını isə izləyənlərin çox az hissəsi ətraflı tanıyır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 70 ildə Stüart teatr, kino və televiziya sahəsində çalışıb. Məşhurluğunu isə "Görünməz adam" (1933) filmində canlandırdığı Flora Kreyn və "Titanik"dəki (1997) obrazları ilə qazanıb. 2010-cu ildə dünyasını dəyişən gözəl aktrisa ''Titanik''sevərlərin unutmayacağı bir obraz olaraq qalacaq. Gözəl aktrisanın fotolarını təqdim edirik: