Qadin.NET / Nodar Dumbadzenin məşhur əsəri latın qrafikasında təqdim ediləcək

Nodar Dumbadzenin məşhur əsəri latın qrafikasında təqdim ediləcək

 

Nodar Dumbadzenin məşhur əsəri latın qrafikasında təqdim ediləcək



 

Oktyabrın 8-də, saat 15:00-dan 17:00-dək "BookZone" Kitab evində "Kitabsevərlər" hərəkatının 16-cı kitabı olan tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin "Mən günəşi görürəm" romanının təqdimat mərasimi keçiriləcək. 

Qadin.Net-in məlumatına görə, kitab ilk dəfə Azərbaycan oxucusuna 1986-cı ildə "Gənclik" Nəşriyyatı tərəfindən Xeyrulla Əliyevin tərcüməsində təqdim edilib. Bugünlərdə isə gənc yazıçı, jurnalist Cavid Qədirin təşəbbüsü və redaktəsi, İlahə Eldarqızının transliterasiyasında latın qrafikası ilə çap olunub. 

Əsər 1937-ci il repressiyalarında valideynlərini itirmiş, bibisi ilə yaşayan Sosoya adlı 12 yaşlı oğlanın dilindən danışılır. 

Sadə kənd həyatı, mehriban insanlar, məişət problemləri əsərin qayəsini təşkil edir. 

Bir neçə səhifə çevirəndən sonrasa kontekst bir qədər dəyişir – müharibə, cəbhədə həlak olanlar, onların gözüyaşlı ailələri, arxa cəbhə, işçi qüvvəsi çatışmadığından bəhərsiz qalan torpaqlar, həlak olanların qara kağızlarıyla birgə arxadakıların qaralan həyatları – insan faciəsi göz önünə sərilir. 

2 oktyabr 2017
GO BACK