Türkiyəli akyrisa Tuba Büyüküstün saç stilində dəyişiklik edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, keçən il saçını qısa kəsdirən ulduz ona müxtəlif formalar verməklə təəccübləndirməyə davam edir.
İş adamı Ümid Evirgenlə sevgili olan aktrisa saçları uzandıqdan sonra gənclik illərində üstünlük verdiyi kare kəsiminə qayıdıb. Kəkil kəsdirən məşhurun yeni halının şəkli sosial şəbəkədə yayılıb. Onun kare saçı pərəstişkarları tərəfindən bəyənilib.