Qadin.NET / 46 santimetrlik siçan tapılıb - FOTO

46 santimetrlik siçan tapılıb - FOTO

46 santimetrlik siçan tapılıb - FOTO


Sakit okeanın cənub sahillərində yerləşən Solomon adasında uzunluğu yarım metrə çatan, dişləri ilə kokos, fındıq sındırıb yeyən nəhəng siçovullar tapılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, gəmiricilərdən qorxan şəxslərin Solomon adasına getməsi məsləhət görülmür.

Çəkisi 1 kiloqramdan çox olan siçovulların məskəni Solomon adasıdır. Alimlər ilk dəfə belə nəhəng siçovulları 2015-ci ildə Vanqu vulkanik adasında aşkarlayıblar. Onu yaxından müşahidə etmək üçün 2 il vaxt sərf edən tədqiqatçılar nəhayət, siçovulun çəkisini və dəqiq ölçülərini qeyd edə biliblər. Əsasən meyvə və kokosla qidalanırlar.

Əlbəttə, yerli sakinlər bu gəmiricinin mövcudluğundan narahat olsalar da, onu tutmaq o qədər də asan deyil.

Alimlərdən biri siçovulu tutub tədqiq etməyə müvəffəq olub. Lakin 2 gün sonra siçovul ölüb. Bioloqlar onun uzunsov bədəni, geniş dal pəncələri və əyilmiş uzun caynaqlarına görə "qan içən" adlandırıblar. Onlar əsasən ağacların ən hündür budaqlarında özlərinə yuva qururlar.

Ölçülərinə görə onlardan ən az 4 dəfə uzun və ağır siçovullar isə Avropada yaşayır.

1 oktyabr 2017
GO BACK