Qadin.NET / Marsa səyahətin tarixi açıqlandı

Marsa səyahətin tarixi açıqlandı



İnsanların Marsa səyahət edəcəyi tarix açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Elon Musk Avstraliyanın Adelaide şəhərində Beynəlxalq Kosmos Səyahətləri Konqresində çıxışında bu barədə məlumat verib.

“Space X” şirkətinin qurucusu Elon Musk Mars səyahətinə 2024-cü ildə başlamağı planladıqlarını söylədi.

O, Avstraliyanın Adelayde şəhərində Beynəlxalq Kosmos Səyahətləri Konqresində çıxışında bildirib ki, səyahətlərdə istifadə ediləcək vasitələrin hazırlanmasına gələn il başlanacaq: “Məqsəd 2024-cü ildən insanları Marsa göndərməkdir”.

Cənubi Afrika əsilli ixtiraçı Elon Musk Planetlərarası Daşıma Sistemi (BFR) layihəsi kimi tanınan raket sisteminin dünyada şəhərlərarası uzun uçuşların da yarım saatdan aşağı endirəcəyini bildirib: “Bu sistem sayəsində Nyu Yorkdan (ABŞ) Şanxaya (Çin) 40 dəqiqədə gedilə biləcək. BFR-in insansız ilk yük versiyaları 2022-ci ildə Marsa gedəcək. Mars və Ay səyahətlərilə yanaşı, “Falcon 9” və “Dragon” kimi kainata peyk buraxacaq və Beynəlxalq Kosmos Stansiyasına (UUİ) xidmət edəcəyik”.

1 oktyabr 2017
GO BACK