Qadin.NET / Antarktidadan böyük AYSBERQ QOPDU – Alimlərdən HƏYƏCAN TƏBİLİ

Antarktidadan böyük AYSBERQ QOPDU – Alimlərdən HƏYƏCAN TƏBİLİ

Antarktidadan böyük AYSBERQ QOPDU – Alimlərdən HƏYƏCAN TƏBİLİ


Antarktidadan böyük ölçüdə aysberqlər qopmağa davam edir.

Qadin.Net publika.az-a istinadən bildirir ki, aysberqin sahəsi 266 kv. kilometrdir. Hollandiyanın Delfta Texnologiya universitetindən olan peyk müşahidələri üzrə mütəxəssis Stef Lermittin qiymətləndirməsinə görə, qopan aysberq 2000-ci ildən bu yana Antarktidanın itirirdiyi Top-5 ən böyüklər siyahısına daxildir.

Ekspertlər bu hadisəni pis nişanə kimi qiymətləndirirlər. Məsələ ondadır ki, adətən böyük buz parçaları qitənin qırağından qopur. Bu dəfə isə Payn Aylend buzlağı dağılır, hansı ki, Antarktidanın iç hissəsində yerləşir. Bu onu izah edir ki, qlobal istiləşmə okean suyunun temperaturunun yüksəlməsinə gətirib çıxarıb ki, bu da məhz içəridən buz qayalarını yonur.

Hadisə insanlar üçün nə dərəcədə təhlükəlidir? Mütəxəssis qeyd edir ki, bu proseslər Antarktika qitəsini örtən buz qalxanının dağılmasını artan xətt üzrə inkişaf etdirir. Orada Yer kürəsinin içməli suyunun 60-dan çox faiz ehtiyatı cəmləşib. Əgər kontinental buz əriyərsə, o zaman Dünya okeanının səviyyəsi 70 metr yüksələcək! Əriyən Payn Aylend buzlağı Antarktidanın qərbində ən böyüklərdən biridir. O, ildə 4 kilometr olmaqla sürətlə qitədən sürüşür. Bu, Antarktika buzlaqlarının arasında rekord göstəricidir. Onun hərəkətinin son 30 ildə sürəti 4 dəfəyə qədər artıb.

30 sentyabr 2017
GO BACK