İslandiyanın İsafordyur şəhərində avtomobil idarə edən sürücülərin diqqətlərini və məsuliyyətlərini artırmaq məqsədilə yollarda 3D piyada keçidləri quraşdırılıb.
Qadin.Net bildirir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, gözoxşayan küçə incəsənəti həmçinin təhlükəsizlik vəzifəsini yerinə yetirərək, sürücülərin keçidə yaxınlaşanda sürəti azaltmalarına xidmət edəcək. Artıq İsafordyur yollarını bəzəyən bu 3D keçidlər əsl optik illüziya effekti yaradaraq, şəhərin küçələrinə xüsusi gözəllik də qatır.Xatırladaq ki, belə bir təcrübə daha öncə Hindistanın Əhmədabad şəhərinin 4 küçəsində həyata keçirilib. Nəticədə, bu yollarda baş verən avtomobil qəzalarının sayı son 6 ay ərzində 0-a enib.
Ümid edək ki, tezliklə bu yeni üsul ölkəmizin də yollarını bəzəyəcək.