Qadin.NET / Çılğın layihə: RAKETLƏ SƏRNİŞİNDAŞIMA...

Çılğın layihə: RAKETLƏ SƏRNİŞİNDAŞIMA...

Çılğın layihə: RAKETLƏ SƏRNİŞİNDAŞIMA...


""SpaceX" şirkəti Marsa, eləcə də Yerin bir nöqtəsindən digər nöqtəsinə uçuşlar həyata keçirmək üçün çoxməqsədli raket işləyib hazırlayır".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri İlon Mask Avstraliyada keçirilən astronavtika üzrə beynəlxalq konqresdə çıxışında deyib. O, BFR şərti adı verilən yeni raketin yaradılması üçün şirkətin bütün texnoloji nailiyyətlərindən istifadə olunacağını söyləyib. Bu raket hazırda istifadə olunan "Falcon 9" və "Dragon" raketlərini əvəz edəcək.
 
"Yerin əksər hissələrinə 30 dəqiqədən az, istənilən yerinə isə 60 dəqiqədən az müddətdə uçacaqsınız. Biletin qiyməti hazırda ekonom-klass üzrə biletin qiyməti qədər olmalıdır", - deyə İ. Mask "Instagram"da yazıb. Məsələn, Avstraliyanın Sidney şəhərindən İsveçrənin Zürih şəhərinə uçuş 50 dəqiqə çəkməlidir.  
 
Eyni raketin Ay və Marsa uçuşlarda da istifadə edilməsi planlaşdırılır. Raket əvvəlcə Yer ətrafı orbitə çataraq orada yanacaqla doldurulmalı, sonra təyinat yerinə davam etməlidir. Texnologiya Ayda baza yaratmaq üçün oraya və geriyə uçuşlara imkan verəcək.
 
"SpaceX" 2022-ci ilə qədər Marsa iki yük missiyası göndərmək niyyətindədir. Bu müddət ərzində planetdə yerləşmə ilə bağlı texniki problemlərin araşdırılması və su axtarışı həyata keçiriləcək. Bundan başqa, sonrakı missiyalar üçün enerji təminatı, mineral ehtiyatların əldə edilməsi və həyat üçün zəruri sistemlərin qurulması reallaşacaq.

29 sentyabr 2017
GO BACK