"Daily Mail"in xəbərinə görə, Amerikada Margaret Mcmahon adlı qadın 3 il boyunca hamilə kimi gəzib. Buna səbəb bağırsaq sistemindəki problem və bunun nəticəsi olaraq yaranan şişlik olub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, 48 yaşlı qadın əvvəlcə bu şişliyin hamiləliklə bağlı olmasından şübhələnsə də, sonradan tomoqrafiyadan keçərək, bağırsağında bir uşaq böyüklüyündə şiş olduğunu öyrənib. Təhlükəli olmayan şişin həssas şəkildə götürülməsi lazım idi. Əməliyyat üçün gözləyən Margaret bu zaman həyatını da arxa plana atmışdı. Belə ki, qarnındakı şiş idrar kisəsinə təzyiq etdiyi üçün o da sürəkli ayaqyoluna gedirdi. 2 uşaq anası olan qadın yaşadıqları ilə bağlı "heç bitməyən hamiləlik kimi idi" deyib. Qadın düzgün diaqnoz üçün düz 3 il gözləyib. Ona bağırsaq sindromu diaqnozu qoyan həkimlıər öncə arıqlamasını məsləhət gördülər. Şişi görəndən sonra narahatlıq üçün heç nə olmadığını dedilər.