Bir neçə gün əvvəl proqnozlaşdırılan geomaqnit qasırğası baş tutub və dünən axşamdan etibarən G2 kateqoriyasına yüksəlib.
Qadin.Net bildirir ki, bu barədə Publika.az-a N.Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.
Onun sözlərinə görə, qasırğa bu gün də davam edəcək, lakin getdikcə səngiyəcək.
“Kosmik hava şıltaqlıqları (geomaqnit qasırğası) meteoroloji şəraitin kəskin dəyişmələri (temperatur, təyziq dəyişmələri, külək və s.) ilə tandem şəklində insan üçün neqativ effektləri daha da artırır”.