Vəhşi təbiətin çəkilişində 13 yaşlı Robert İrvin artıq dünya şöhrətli peşəkar fotoqrafdır.
Onun atası - məşhur avstraliya naturalist Stiv İrvindir. O, balaca oğluna yalnız fotoqraf peşəsinin sirlərini öyrətmədi, həm də ona təbiəti sevdirdi.
Robert heyvanlar qarşısında heç bir qorxu hissi yaşamır. Onlara çox sıx yaxınlaşır və əlçatan məsafədə valehedici şəkillər çəkir.
Qadin.Net publika.az-a istinadən bildirir ki, istedadlı yeniyetmənin şəkilləri artıq dünya qalereyalarına qoyulur, qəzetlərdə və jurnallarda dərc edilir. Onlardan bir neçəsini dəyərli oxucuların diqqətinə çatdırırıq.