Qadin.NET / Beyons və Di Kapriodan sonra Cey Lo

Beyons və Di Kapriodan sonra Cey Lo

Beyons və Di Kapriodan sonra Cey Lo


Bir neçə gündür ki, Porto-Rikoda "Mariya" qasırğası tüğyan edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində azı 33 nəfər həyatını itirib, yüzlərlə insan təxliyə edilib, minlərlə evə ziyan dəyib.

Bu hadisəyə puerto-rikolu müğənni Cennifer Lopez biganə qala bilməyib. O, qasırğa nəticəsində əziyyət çəkənlərə 1 milyon dollar pul yardımı göndərib.

Bundan başqa, sənətçi digər məşhurlarla danışacağını, yenə ziyan görənlərə bacardığı qədər kömək edəcəyini bildirib.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Texas ştatında "Harvey" qasırğası nəticəsində evsiz qalanlara bir çox tanınmışlar yardım etmişdilər. Onlar arasında Beyons, Cey Zi, Ceni Cekson, Kevin Hard, Leonardo Di Kaprio, Sandra Ballok, Niki Minajın adı var idi. 

27 sentyabr 2017
GO BACK