Qadin.NET / “Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq”

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq”

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq”


Rumıniya hökuməti əhalinin kitab oxuması üçün maraqlı bir layihəyə imza atıb. Kluj-Napoka şəhər merinin yeni layihəsinə əsasən, yay mövsümündə nəqliyyatda kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq.

Qadin.Net xarici mətbuata istinadən xəbər verir ki, əhalinin kitaba olan marağını artırmaq təkcə bu təşəbbüslə bitmir. Çünki, "Bookface" şirkəti də əhalini kitab oxumağa təşviq etmək üçün maraqlı addım atıb.

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq”


Şirkətin şərtlərində bildirilir ki, "Facebook" hesabına kitabla çəkilmiş şəkilini yerləşdirən hər bir sosial şəbəkə istifadəçisi ictimai iaşə obyektləri, kitab mağazaları və stomatoloji kabinetlərə güzəştlər əldə edəcək.

Hər il aprelin 23-də Kluj-Napoke şəhərində Ümumdünya kitab günü keçirilir. Həmin gün əlində kitab olan hər bir şəxs Nəbatət bağını pulsuz ziyarət edə bilər.

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq”


26 sentyabr 2017
GO BACK