Qadin.NET / Keçmiş birinci xanım konsert verəcək

Keçmiş birinci xanım konsert verəcək

Keçmiş birinci xanım konsert verəcək


Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karla Bruni gələn ay İstanbulda konsert verəcək.

Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, eks birinci ledi “French Touch” adlı yeni albomunun təqdimatı münasibətilə qastrol səfərlərinə çıxmağa hazırlaşır. Karla Bruni oktyabrın 13-də İstanbulda çıxış edəcək.

Konsert üçün xüsusi biletlər artıq satışa çıxarılıb. Prezident xanımını ön cərgələrdən izləmək istəyənlər üçün 57 yer ayrılıb. Bu biletlərin qiyməti 1350 lirədən (təxminən 700 manat) başlayır.

26 sentyabr 2017
GO BACK