Dünyanın ən kök qadını kimi tanınan 37 yaşlı qadın hospitalda ölüb.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Eman Abdul Atti ürəyində və böyrəyində ciddi problemləri olduğuna görə Əbu-Dabidəki Burjeel Hospitalında həyatını itirib.
Hospitalın yaydığı məlumatda bildirib ki, o, gecə saat 4-də keçinib. Xəstəxanadan onun ailəsinə başsağlığı verilib.
Qeyd edək ki, o, 498 kiloqram idi. Həkimlər onun artıq çəkili olmasını tiroid xəstəliyi ilə əlaqələndirirdilər.