Qadin.NET / Robot stomatoloq ilk əməliyyatını etdi

Robot stomatoloq ilk əməliyyatını etdi

Robot stomatoloq ilk əməliyyatını etdi


Çində stomatoloq robot tarixdə ilk dəfə olaraq insanın iştirakı olmadan əməliyyat keçirib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, robot uğurla 3D-printerində yaradılmış 2 ədəd dişi xəstənin ağzına implantasiya edib. 

Robot üçün mümkün səhvlərin yaranmasını tam aradan qaldıran proqram təminatı beş ilə yaxın müddətdə yaradılıb. Bununla belə, robot işdə özünü yaxşı göstərərək implantları 0,2-0,3 mm səhvlə qoyub. Mütəxəssislər bildiriblər ki, belə bir göstərici bu cür əməliyyatlar üçün standarta uyğundur.  

Proses ixtisaslı cərrahlar və digər tibb işçiləri tərəfindən izlənilsə də, robotun onların köməyinə ehtiyacı qalmayıb. Bir saat sonra Sian şəhərinin sakininə yeni dişlər qoyulub.

Qeyd edək ki, hazırda Çində stomatoloq xidmətlərinə ehtiyac duyan çoxlu insanlara rast gəlmək mümkündür, eyni zamanda mütəxəssis çatışmazlığı müşahidə olunur. Bundan başqa, hazırda dişlərin üçölçülü (3D) printerlərdə çap edilməsinə baxmayaraq, ölkədə diş həkimləri qarşısında uzun növbələr yaranır. Belə robotların isə problemi qismən də olsa, həll edəcəyi gözlənilir.

25 sentyabr 2017
GO BACK