"Rusiya 1" telekanalında yayımlanan "Udivitelnıe lyudi" şousunda 6 yaşlı azərbaycanlı Ruslan Səfərov çıxış edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, R.Səfərov özünü "kalkulyator insan" adlandırır və böyüyəndə proqramçı olmağı arzu edir.
O, azyaşlı olmasına baxmayaraq, proqramın münsiflər heyətini və izləyiciləri nümayiş etdirdiyi riyazı bilikləri ilə təəccübləndirib.