Şri-Lankanın Kandi şəhərindəki toyu yerli sakinlər, çətin ki, tezliklə unutsunlar.
Çünki toyda gəlinin əynindəki sarinin ətəyini 250 uşaq daşıyıblar.
Milli.Az Hindustan Times-a istinadən bildirir ki, yerli hakimiyyətin nüfuzlu və varlı məmurlarından biri, Mərkəz vilayətinin baş naziri Sarath Ekanayakanın qızının toyuna Kandi şəhərində yerləşən məktəbin şagirdlərini cəlb etdirib.
Məktəb həmin məmurun adını daşıyırdı.
250 şagird də gəlinin sarisinin ətəyini 3 km uzunluqdakı yol boyunca daşıyıblar.
Olayla bağlı araşdırmalar başlanıb.