"Məktəbdə oxuyanda, yeniyetməlik illərimdə sinif yoldaşlarım məni ələ salır, aşağılayırdılar. Səbəb kök olmağımdı. Daha doğrusu, çox kök olmağım. İndisə həmin insanlar mənimlə sosial şəbəkədə dostluğa can atırlar, görüşmək istəyirlər".
23 yaşlı alman tələbə Ancelina Denkin çəkisi cəmi 2 il əvvəl 120,1 kq idi.
Milli.Az The Sun-a istinadən bildirir ki, məşqlərə, fitnesə və yo-yo pəhrizi sayəsində Ancelina 50,8 kq arıqlayıb.
Almaniyanın Aytorf şəhərində yaşayan Ancelina indi model karyerasına başlamaq niyyətindədir.