"Armis Labs" şirkətinin komandası yeni təhlükəli virus aşkar etdiyini bildirib.
Qadin.Net lent.az-a istinadən xəbər verir ki, bu virus smartfonu cəmi 10 saniyəyə sıradan çıxara bilir.
Ziyanverici virus "BlueBorne" adlandırılıb. Mütəxəssislərin sözlərinə görə, o, bu günlərdə şəbəkədə tüğyan edən "WannaCry" virusu qədər təhlükəlidir.
"BlueBorne" "Bluetooth" vasitəsilə təsir göstərir. Əgər istifadəçinin smartfonunda "Bluetooth" söndürülməyibsə, o zaman virusa yoluxma müddəti 10 saniyəyə qədər təşkil edə bilər. Ziyanverici anidən təsir edir və sərbəst olaraq ətrafındakı cihazlara da yayılaraq genişlənə bilir.
Artıq məlumdur ki, iOS 10 və daha yuxarı əməliyyat sistemləri ilə işləyən "Apple" şirkətinin cihazları virusa yoluxmurlar. "Microsoft" şirkəti də iyul ayında "Windows" əməliyyat sistemi üçün yenilənməni istifadəyə verib. "Google" isə cihazlarını avqustda yeniləyib.
Mütəxəssislər bildirirlər ki, hazırda təhlükədə olan cihazlar əsasən "Linux" əməliyyat sistemi ilə işləyən cihazlardır.