Fransanın mərkəzindəki Şer kommunasında, Burjdan 42 km şimal-şərqdə, Luara çayının sol sahilindən 2 km aralıdakı Lanserdə yerləşən qəsr cəmi 1 avroya satışa çıxarılıb.
Milli.Az Le Monde-a istinadən bildirir ki, Hato de Blankafort qəsri 1453-cü ildə tikilib. Roma stilində inşa olunan, 200 il sonra fransız barokkosu stilində fasadı əlavə olunan qəsr dünyaca məşhur Sanserr üzümlüklərinin yanındadır.
2053 kvadrat metrlik daxili sahəsi olan qəsrdə 6 yataq otağı, kitabxana, şərab zirzəmiləri var.
"Concierge Auctions" hərracında satışa çıxarılmış bu qəsrin son 30 ildə sahibləri fransız qrafı olub.
Əvvəllər qiyməti 4,95 milyon avro olan, 42 hektarlıq bağa malik qəsrin ilkin satış qiyməti indi 1 avrodur.
Qiymətin belə olmasının səbəbi hərrac zamanı məbləğin sürətlə artacağına şübhə olmamasıdır.