Parisdə Eyfel qülləsinin ətrafında şəffaf gülləkeçirməz divarın ucaldılmasına başlanılıb.
Qadin.Net Trend-ə istinadən bildirir ki, bu, qüllənin terror hücumlarından qorunması məqsədilə həyata keçirilir.
Zirehli şüşənin qalınlığı 5 santimetr olacaq. Divarın hündürlüyü isə qüllənin 324 metrlik hündülrlüyünə uyğun olaraq 3 metr 24 santimetr təşkil edəcək.
Şəffaf divarlaırn qoyulmasına oktyabrın 5-də başlamaq planlaşdırılır. İşlərin başa çatması 2018-ci ilin iyuluna nəzərdə tutulur.
Maliyyə sənədlərinə görə, divarın ucaldılması ümumilikdə 25 milyon avroya başa gələcək.