Dubayda dünyada ən iri günəş elektrik stansiyasının tikintisinə başlanılıb.
Qadin.Net AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərində alternativ mənbələrdən elektrik enerjisi alınması strategiyası hazırlanır. Dubay günəş batareyası ilə işləyən dünyada ən böyük elektrik stansiyaları şəhəri olacaq.
Yerli nəşrlərin məlumatına görə, layihə möhtəşəmliyi ilə heyrətləndirir. Günəş batareyasının hündürlüyü 260 metr təşkil edəcək ki, hesablamalara görə, bu da 700 meqavat güc əldə etməyə imkan verəcək. Elektrik stansiyasının tikintisi üzrə podratçı Çin və Səudiyyə Ərəbistanı şirkətlərinin konsorsiumudur.
Qeyd edək ki, hazırda dünyada ən böyük günəş elektrik stansiyası Hindistanın Caypur şəhərinin yaxınlığında yerləşən "Ozero Cambxar" layihəsidir. Onun tikintisinə 4 milyard dollar sərf edilib. Eyni zamanda, ABŞ-da bu yaxınlarda Topaz günəş batareyası ilə işləyən elektrik stansiyası inşa edilib.