"Bu il Azərbaycanda 165 min uşaq 1-ci sinfə qəbul edilib".
Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, son illərdə ölkədə müşahidə edilən müsbət demoqrafik artım təhsil sahəsinə də təsir göstərib:
"Statistikaya baxsaq görərik ki, orta, tam orta təhsil səviyyələrini başa vuran şagirdlərlə I sinfə qəbul olunan şagirdlərin sayı arasında çox ciddi fərq var. Hər il təhsil sistemimiz təxminən 50 min nəfər artır. Ümumilikdə, 2017-2018-ci tədris ilində Azərbaycan məktəblərində 1 milyon 450 minə yaxın şagird təhsil alacaq, 150 minə yaxın müəllim onların tədrisi ilə məşğul olacaq".