Birotaqlı mənzilində 130 pişik saxlayan qadını Parisdə polis həbs edib.
Milli.Az The Local-a istinadən bildirir ki, o, ev heyvanları ilə qəddarcasına davranmaqda suçlanır.
Qonşulardan biri bu qadının pişik balasını pəncərəyə çırpdığını görəndə polis çağırıb.
Polis həmin mənzilin qapısını döyəndə isə içəridən köhnə-küləş paltarda olan ayaqyalın, 60 yaşlı qadın çıxıb.
25 kvadrat metr sahəsi olan mənzil pişiklərlə dolu idi.
Döşəmə zibil içində idi.
Qadının psixi sapıntılı olduğu güman edilir.