Qadin.NET / “Facebook”da sistem dəyişir

“Facebook”da sistem dəyişir

“Facebook”da sistem dəyişir


"Facebook" yeni dost axtarışı sistemini sınaqdan keçirir.

Qadin.Net lent.az-a istinadən xəbər verir ki, "bir-birini tanı" düyməsini sıxmaqla, istifadəçilərə karusel formasında insanların siyahısı təqdim ediləcək.

İlk növbədə oxşar və uyğun gələn xasiyyətli insanlar göstəriləcək, eyni yerlərə gedən, eyni səhifələri "layk" edən və yaxınlıqda yaşayanlar bir-birinə tanıdılacaq.

Sosial şəbəkədə bu funksiyanın nə zaman istifadəyə veriləcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralda iOS əməliyyat platformasında "Facebook" mobil əlavəsində yeni "Discover People" (İnsanları kəşf et) adlanan yeni tanışlıqların axtarışı üçün funksiya yaradılıb.

10 sentyabr 2017
GO BACK