Avstraliyada yerləşən Kurinq-qay Çeys milli parkında gəzən zaman, bioloq və fotoqraf Yurqen Otto 5 yeni hörümçək növü aşkar edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hörümçəklərin ölçüsü 5mm təşkil edir və onlar digər növlərdən parlaq rəngləri ilə fərqlərinlər.
"Qeyri-adi hörümçəklə qarşılaşdım və onun şəklini çəkdim, sonra isə evə gəlib kompyuterdə onu incələməyə çalışdım. Mən çaşqınlıq içində idim, çünki onun haqda internetdə heç bir məlumat yox idi",- deyə Otto bildirib.