ABŞ-ın Texas ştatında alimlər tərəfindən hazırlanmış cihaz on saniyə ərzində xərçəng toxumasını aşkar edə bilir.
Qadin.Net AZƏRTAC-a istinadən bildirir ki, görünüşü qələmə bənzəyən "MasSpec Pen" adlı cihaz erkən xərçəng xəstəliyinin aşkarlanmasına kömək edəcək və gələcəkdə müvəffəqiyyətli müalicələrin olmasına şərait yaradacaq.
Austin Universitetinin Kimya professoru Liviya Eberlinin məlumatına görə, sadə və asanlıqla istifadə olunan cihaz tezliklə tibb müəssisələrinə paylanacaq.