600 ildən artıq yaşı olan kənd indi suyu sovulmuş dəyirmana bənzəyir. İndi kənddə vur-tut 16 nəfər yaşayır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İsveçrənin Tiçino bölgəkindəki Korippo dağ kəndidir.
Kənd məhv olmamaq üçün mübarihə aparır sanki.
Cəmi 16 sakini var ki, onların 15 nəfəri təqaüdçülər, biri də bələdiyyə sədridir.
Bir uşağın gözə dəymədiyi kəndin sakinləri Koripponu məhvdən qurtarmaq üçün dağılan evlərdə kiçik otellər yaradaraq turistləri cəlb etmək istəyirlər.
Yaxınlıqdakı Lokarno şəhərindən cəmi 30 dəqiqəlik məsafədə olan kənddəki qocaların dediklərinə görə, başqa çıxış yolları qalmayıb.
Dükanın, məktəbin, infrastrukturun olmadığı kənddə 60 binanın təmir edilməsi nəzərdə tutulub. Binalardan bəzilərinə 1950-ci illərdən bəri əl dəyilməyib.
Kəndin bələdiyyə sədri Klaudio Skettrinin dediyinə görə, təcili tədbirlər görülməsə, Korippo məhv olacaq.