Qadin.NET / Dünyanın ən uzun dırnaqlı qadını: "Kəsməyəcəyəm"

Dünyanın ən uzun dırnaqlı qadını: "Kəsməyəcəyəm"

Dünyanın ən uzun dırnaqlı qadını: "Kəsməyəcəyəm"


Milli.Az Daily Mail-ə sitinadən bildirir ki, ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində yaşayanAyanna Uilyamsın dırnaqlarının uzunluğu 54-56 sm-dir. Onun 10 əl barmağındakı dırnaqların toplam uzunluğu isə 5,48 metrə bərabərdir.

Rəssam Ayanna Uilyamsın adı "Dünyanın ən uzun dırnaqlı qadını" kimi Ginnesin Rekordlar Kitabına düşüb.

A.Uilyamsın dediyinə görə, dırnaqlarını hər gün antibakterial sabunla yuyur, xüsusi fırça ilə təmizləyir.

"Adımın Ginnesin Rekordlar Kitabına düşməsi ilə fəxr edirəm. Məni artıq dünya tanıyır. Övladlarıma da deyirəm ki, səbr, həşmət və inadla hər məqsədə nail olmaq mümkündür", - Ayanna Uilyams söyləyib.

7 sentyabr 2017
GO BACK