"Belə vəziyyətə düşəcəyimi ağlıma da gətirməzdim. Dənizin dibinə endim ki, krabları, omarları tutub çıxarım. Suyun üzünə çıxanda şar kimi şişmişdim".
Bunu deyən Alehandro Ramos Martinesdir.
Balıq seynerində çalışan dalğıc dənizin dərinliyindən sürətlə qalxdığı üçün onun bədəni şişərək eybəcər vəziyyətə düşüb.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, olay Peruda yaşanıb
Alehandronun vücudu indi azotla doldurulmuş kisəyə bənzəyir. O, dekompressiya xəstəliyinə mübtəla olub.
Həkimlərin dediklərinə görə, suyun dibindən sürətlə qalxması nəticəsində deformasiyaya məruz qalmış əzələlərinin müalicəsi üçün Alehandro Ramos Martines hospitalda bir neçə uzunmüddətli kurs keçməlidir.
Bu kurslar ərzində dalğıcın əzələlərindəki azotun miqdarı azaldılmalıdır.