Qadin.NET / 100 milyon qazandı, dostunun toyuna yollandı

100 milyon qazandı, dostunun toyuna yollandı

100 milyon qazandı, dostunun toyuna yollandı


Dünyanın ən məşhur MMA döyüşçülərindən biri, çempion Konon MakQreqor İspaniyanın Balear arxipelaqındakı İbisa kurortunda toya qatılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, uşaqlıq dostları Tomas Devitlə Emmanın toyuna qatılıb.

K.MakQreqor toya anası Marqaret və qeyri-rəsmi nikahda olduğu xanımı Di Devlinlə yollanmışdı.

8 gün əvvəl ABŞ-ın Las-Veqas şəhərində amerikalı boksçu Floyd Meyvezerlə döyüşən və məğlub olan MakQreqor bu qarşılaşmaya görə 100 milyon dollar alıb.

Toy başa çatandan sonra MakQreqor təzə bəylə gəlini və bütün qonaqları icarəyə götürdüyü yaxtaya dəvət edib.

5 sentyabr 2017
GO BACK