Qadin.NET / Dubayda at nalı formasında göydələn tikilir

Dubayda at nalı formasında göydələn tikilir

Dubayda at nalı formasında göydələn tikilir


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində at nalı formasında olacaq göydələnin tikintisinə başlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, binanın A və B qalalarından ibarət olması nəzərdə tutulub.

A qalası 19 mərtəbəli olmaqla özündə 257 studiya tipli 2 və 3 otaqdan mənzilləri, hovuz, spa və idman zallarını, uşaqlar üçün oyun meydançasını birləşdirəcək. B qalası 18 mərtəbəli olmaqla 90 ədəd 3, 4 və 5 otaqlı mənzildən ibarət olacaq.

Yaşayış kompleksindəki mənzillərin qiyməti 225 min ABŞ dollarından başlayacaq.

2 sentyabr 2017
GO BACK