Qadin.NET / 79 yaşlı əfsanə "Qızıl şir" aldı - FOTO

79 yaşlı əfsanə "Qızıl şir" aldı - FOTO

79 yaşlı əfsanə "Qızıl şir" aldı - FOTO


Dünən İtaliyanın Lido adasında, 74-cü beynəlxalq Venesiya kinofestivalının keçirildiyi məkanda dünya kinematoqrafının iki canlı əfsanəsi mükafatlandırılıb.

Milli.Az NBC-yə istinadən bildirir ki, Lidodakı Kino Sarayında keçirilən mərasimdə amerikalı aktyor Robert Redforda və aktrisa Ceyn Fondaya "Dünya kinosuna verilən töhfələrə görə" ödülü verilib.

81 yaşlı aktyorla 78 yaşlı aktrisaya "Qızıl şir"ləri İtaliyanın mədəniyyət, turizm və mədəni irs naziri Dario Françeskini təqdim edib.

Hollivud veteranları "Our Souls at Night" filmini festivalda təqdim ediblər.

"Robert biz 20 yaşımızda olduğu kimi gözəl öpüşür. Etiraf edirəm ki, o vaxtlar Robertlə bağlı xəyallarım vardı", - Ceyn Fonda deyib.

Onların ilk müştərək işləri 1965-ci ildə çəkilmiş "Cat Ballou" filmi olub.

R.Redfordla C.Fondanın tərəf-müqabil olduqları ən məşhur film "Barefoot in the Park" (1967) lentidir.

Aktyor karyerasını başa vuran və bundan sonra kinorejissor kimi çalışacağını deyən Robert Redford isə söyləyib: "Ölməzdən əvvəl son filmimə məhz Ceynlə birlikdə çəkilmək istərdim".

2 sentyabr 2017
GO BACK