Aktrisa Ancelina Coli rejissoru olduğu "Əvvəl onlar mənim atamı öldürdülər: Kamboca qızının xatirələri" ("First They Killed My Father") adlı filmi üçün təqdim etmə mərasimi keçirib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, tədbir Los-Ancelesdə baş tutub.
Məclisə 42 yaşlı aktrisa ağ donda qatılıb. Onun arıqladığı gözdən qaçmayıb.
Avtobioqrafik film real hadisələrə əsaslanır. Belə ki, ekran işində 1970-ci ildə Kambocada baş verən hadisə və yüzlərlə insanın həlak olması öz əksini tapır.
Filmdə yalnız Kamboca aktyorları çəkilib.
Film fevralın 18-də "Netflix" vasitəsi ilə təqdim ediləcək.