Qurban bayramı ilə əlaqədar olaraq artıq paytaxtın müxtəlif ərazilərində satış yerləri təşkil olunub.
Milli.Az bildirir ki, qafqazinfo-nun əməkdaşları da Bakının Nərimanov ərazisindəki satış obyektlərində olub və qiymətlərlə maraqlanıb.
Satıcıların sözlərinə görə, hələ ki, bazarda durğunluq var. Qiymətlər isə ötən ilə nisbətən 1-2 manat artıb. Belə ki, diri qoyunun çəkisi 5 manat, kəsilmiş ətin çəkisi isə 10 manatdan təklif olunur.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları sentyabrın 1-də səhər saat 9:00-dan etibarən fəaliyyətə başlayacaq.