ABŞ-ın Şimali Karolina ştatında həbs olunmuş 20 yaşlı Mehi Alante Laki artıq sosial şəbəkələrdə "dünyanın yeni, ən yaraşıqlı canisi" kimi tanınır.
Milli.Az NBC-yə istinadən bildirir ki, 2016-cı ildə sərxoş vəziyyətidə avtomobil sürməkdə və polisə müqavimət göstərməkdə suçlanmış Mehi "Prison Bae" ləqəbi ilə tanınır. Onun sol gözü qonur, sağ gözü mavidir.
Mehinin fotosu sosial şəbəkələrdə yayılandan və o, məşhuralaşandan sonra Mehi Alante Laki ilə Atlanta şəhərindəki "St Claire's Modeling Agency" müqavilə imzalayıb.
Laki hazırda məşhur fəşn fotoqraflar Əhməd Barber və Kristian Kodi ilə çalışır.
2014-cü ildə polis idarəsində çəkilmiş fotosu sosial şəbəkələrdə yayılandan sonra amerkialı Ceremi Miks məşhurlaşmış, "Hot Felon" və "ən yaraşıqlı cani" kimi tanınmışdı.