Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin yaxınlığında dünyanın ən uzun kanat yolu inşa olunur.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, adrenalin həvəskarları dəniz səviyyəsindən 1934 metr yüksəlikdəki Cəbel Ceys dağının zirvəsinə qalxaraq oradan kanat yolu ilə aşağı şütüyəcəklər.
Kanata bağlanmış macəraçının sürəti bu zaman 120 km/saat olacaq. O, marşrutun sonundakı aralıq stansiyaya çatandan sonra 300 metrlik kanatla yerə yollanacaq.
Ras əl Haym bölgəsinin Turizmin İnkişafı İdarəsinin (RAKTDA) rəisi Həytam Məttarın dediyinə görə, kanat yolu dekabrda istifadəyə veriləndən sonra Ginnesin Rekordlar Kitabına düşəcək.
Hazırda dünyanın ən uzun kanat yolu 2530 metr uzunluqdadır və Pueroto-Rikodakı Toro Verde əyləncə parkında yerləşir.