Müəllimlərin işə qəbulunun əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq.
Milli.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, yeni mərhələyə 7 sentyabrdan start veriləcək.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə 50 minə yaxın namizəd qeydiyyat keçmişdi. Onlardan 40 mini test mərhələsində iştirak etmiş, yalnız 4 mini isə müəllim adını qazanmaq şərəfinə nail olmuşdu.
İlkin İzzət