Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb.
Milli.Az report-a istinadən xəbər verir ki,qeydiyyat bu gün saat 17:00‑də yekunlaşıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.