Bal ayı - yeni evlənən cütlüklərin həyatında ən xoşbəxt dövrlərdən olur ki, bu dövrdə gənc ailənin həyatı məhəbbət və səadətə bürünür. Bəs, bal ayını harada və necə keçirmək olar?
Müxtəlif turizm agentliyiklərinin təklif etdiyi ekzotik yerlər və kurortların seçimini etməzdən əvvəl hər məqamı ölçüb-biçmək lazımdır. Milli.Az yardımçı olmaq məqsədi ilə unudulmaz bal ayını keçirmək üçün ən maraqlı yerləri təqdim edir.
Paris - sevgililər paytaxtıdır. Hər bir cütlük Parisə getmək və bu əfsanəvi şəhərin görkəmli yerlərini ziyarət etmək arzusundadır. Bu şəhərdə yeni evlənənləri gözəl xidmət səviyyəsində bir çox restoranlar, zəngin mədəni proqram, həmçinin ən romantik küçələrdə gözəl gəzintilər gözləyir. Luvr muzeyi, Eyfel qülləsi məhz o yerlərdir ki, cütlüklər mütləq onları ziyarət etməlidir. Paris öz gözəlliyi ilə valeh edir və ziyarət edildikdən sonra udulmaz təəssüratlar bağışlayır.
Roma - qədim tarixi və zəngin memarlığı olan əfsanəvi şəhərdir ki, sizi tarixi abidələri və muzeyləri ilə valeh edəcək. Roma, şəhər istirahətinin həvəskarları üçün ideal seçimdir. Bundan başqa, Roma turistləri gözəl memarlığı və yüksək səviyyədə olan xidməti ilə sevindirə bilər. Bu şəhərdə keçirilən bay ayınızı heç vaxt unutmayacaqsınız.
Dünyada ən romantik şəhərlərindən biri olan Venesiya - bal ayı üçün ideal yerdir. Sevgi şəhəri Venesiyanı gəzmək üçün ən romantik üsul - səs-küydən, tıxaclardan uzaqda dar və geniş kanallar üzrə qondola ilə səyahət etməkdir.
Floridanı - işıqlı ştat adlandırırlar ki, burada hətta qış mövsümündə də günəşin saçmasına zəmanət verilir. Florida ilin istənilən mövsümündə bal ayının keçirilməsi üçün ən yaxşı yerlərdən biri hesab edilir. Bu şəhərdə bal ayı üçün əla ideya - dəbdəbəli laynerdə kruiz olacaq ki, bu da sizə sahilin bütün gözəlliklərindən zövq almağa imkan yaradacaq.
Meksika - hətta tez-tez səyahət edənləri heyrətləndirə biləcək ölkədir. Heyrətamiz təbiəti və parlaq mədəniyyətindən başqa bu ölkə gözəl çimərlikləri ilə məşhurdur. Meksikaya çatdıqdan sonra siz sanki başqa romantik dünyaya düşmüş olacaqsınız. Burada siz ətirli yeməklərdən dada, həyat yoldaşınız ilə çimərliklərdə vaxt keçirə, daha sonra isə müqəddəs məbədlərə yürüşlərdə iştirak edə bilərsiniz.
Ekzotik yeməkləri və rəngarəng mədəniyyətindən başqa, Tayland həmçinin romantika axtarışında olan cütlüklər üçün ideal məkandır. Bütün bunlar dünya səviyyəli səhiyyə və infrastruktura malik, nəzakətli və xeyirxah insanları olan kurort səviyyəsinə əsaslanır. Romantik gecələri çarpan dalğaların səsi, ideal sakit səma altında keçirərək siz özünüzü sanki cənnətdəki kimi hiss edəcəksiniz.
Keniya - qeyri-adi flora və faunası, əzəmətli təbiəti, qədim meşələri və maraqlı mənzərəsi olan Kilimancaro dağı ilə məşhur olan məkandır. Burada keçiriləcək bal ayı - əylənmək və romantik abu hava yaratmaq, macəra dolu vaxt keçirmək üçün gözəl seçim olacaq.
Maldiv Adaları - Cütlüklərin ənənəvi olaraq seçdikləri istiqamətlərdən biri də Maldiv Adalarıdır. Ağappaq qumu olan ideal çimərliklər, mərcan riflər, rahat villalar və gözəl mətbəxi siz məhz Maldiv Adalarında tapacaqsınız. Bu cənnət məkanın bir mənfi cəhəti var ki, o da çox baha olan qiymətləridir.
Baham adaları - Bu ada yeni ailə quran cütlüklər arasında kifayət qədər məşhur yerdir. Burada ikilikdə romantik istirahət etmək üçün xeyli sayda otellər var. Gözəl iqlimi, parlaq günəşi, gözəl çimərlikləri və ən gözəl tropik mənzərələri olan adalar sizə unudulmaz günlər yaşadacaq.
Havai adaları - Ekzotik Havai adaları mütləq sizə unudulmaz təəssüratlar bəxş edəcək. Burada serfinqlə məşğul olmaq, əsl vulkana səyahət etmək, balinaları seyr etmək və daha nələr etmək olar. Tropik bağlar, mavi laqunalar sizin ilk ailə istirahətiniz üçün gözəl fon yaradacaq.