Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində saxta diplomlar aşkarlanıb.
Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, artıq 11 namizədin diplomunun saxta olduğu üzə çıxıb.
Nazirlikdən bildirilib ki, müsahibə mərhələsi bu həftə yekunlaşır. Müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək.