Qadin.NET / Bu pişiklər 300 minlik sərvətə sahibdir

Bu pişiklər 300 minlik sərvətə sahibdir

Bu pişiklər 300 minlik sərvətə sahibdir


ABŞ-ın Nyu-York şəhərində yaşayan iki pişik 300 min dollar sərvətin sahibidir. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Troy və Tiger adlı pişiklərə miras iki il əvvəl onların sahibəsi Ellen Frey Vautersdən qalıb. 

Hazırda heyvanların qayğısına qalan Dahlia Driz bildirib ki, Ellen Niderlanddan olub və BMT-də işləyib. Onun həyat yoldaşı 1989-cu ildə, yeganə övladları isə hələ körpə ikən dünyasını dəyişib.

Ondan sonra Frey pişik saxlamaq qərarına gəlib. Troy və Tigerə övladları kimi yanaşan qadın var-dövlətini də onlara verib.

Driz vurğulayıb ki, əgər pişiklər ölərlərsə, o zaman mirasın bir hissəsi Ellenin Niderlandda yaşayan yeganə bacısına, 30 min dollar isə evdə işləyən qulluqçulara, vəkilə çatacaq.

25 avqust 2017
GO BACK