Yeni dərs ili yaxınlaşdıqca valideynləri məktəb alış-verişi təlaşı bürüyür. Elə bu səbəbdən də artıq paytaxtın müxtəlif yerlərində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məktəbli yarmarkaları təşkil olunur.
Milli.Az xəbər verir ki, qafqazinfo Nərimanov və "28 May" ərazisində salınmış yarmarkalara baş çəkib, qiymətlərlə maraqlanıb.
Satıcıların sözlərinə görə, dolların qiyməti sabit qaldığı üçün, ötən ilə nisbətən qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur.
"Bəs valideynlər bu yarmarkaları nə üçün seçməlidir?" sualımıza cavab isə belə oldu: "Bizdən 10 qəpiyə alıb ətrafdakı mağazalarda 30 qəpiyə satırlar. Endirimlərimiz də olur, çalışırıq valideynlərin büdcəsini nəzərə alaq".
Bu yarmarkalar sentyabrın 25-dək fəaliyyət göstərəcək.